Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusa qarşı peyvənd olunduqdan sonra nələri etmək olmaz

120 Baxış

Koronavirusa qarşı peyvənd olunduqdan sonra, stresdən, o cümlədən orqanizmin temperaturunun həddindən artıq aşağı düşməsi və ya qalxmasından çəkinmək lazımdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) bildirilib.

Bundan əlavə, qurum allergik reaksiyaya səbəb ola biləcək qidaları yeməməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl COVID-19-a qarşı Rusiya peyvəndinin sınaqlarında iştirak edənlərə tövsiyələr verilmişdi. Belə ki, qadınlara bu dövrdə hamilə qalmamaları, analara peyvənddən sonra üç ay ərzində ana südü verməmələri və yumurta donoru olmamağı tövsiyə edilib.

Kişilər isə həmin dövrdə alkoqoldan imtina etməli və siqaret çəkməyi isə məhdudlaşdırmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678