Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST koronavirusun yeni ştammının müzakirəsi üçün toplanır

136 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammı haqqında məlumatları müzakirə edəcək. 

Bu barədə ÜST-nin Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge “Twitter” hesabında yazıb.

“ÜST-nin Avropa üzrə Regional Bürosu test strategiyalarını müzakirə etmək və (virusun) yoluxma risklərini azaltmaq üçün üzv ölkələri iclasa toplayacaq”, – deyə o qeyd edib.

O bildirib ki, daha çox məlumat əldə edilməsinə qədər yayılmaya şərait yaradacaq səyahətləri məhdudlaşdırmaq məqsədəuyğundur.

Xatırladaq ki, koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması ilə əlaqədar, bir sıra dövlətlər Britaniya ilə nəqliyyat əlaqəsini dayandırıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678