Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mağazanın kassa bölməsində baş verən mübahisə ölümlə nəticələndi – VİDEO

142 Baxış

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən mağazada müştərilərin mübahisəsi ölümlə nəticələndi.

REN TV xəbər verir ki, insidentin görüntüləri mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda növbədə gözləyən bir nəfərin qarşısında duran kişini əli ilə itələdiyi aydın görünür.

Nəticədə hücuma məruz qalan şəxs yerə yıxılıb, başı isə vitrinə dəyib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678