Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun 17 mutasiyası tapılan Almaniyada virusdan ölənlərin cəsədləri yandırılır

130 Baxış

Almaniyalı alimlər ölkədə koronavirusun indiyə qədər 17 fərqli mutasiyaya uğradığını açıqlayıblar.

Sondakika.com xəbər verir ki, peyvəndlərin mutasiyaya qarşı təsirli olacağına ümid edilsə də, bu vəziyyətdən qurtulmanın ən yaxşı yolunun təcrid olduğu bildirilir.

Mutasiya etmiş virusun Almaniya vasitəsilə ətraf ölkələrə çatdığı da hesab edilir.

Almaniyada ölülər xüsusi tabutlara qoyulur və tabutlar selofanla paketlənir. Cəsədlərin çoxu yandırılmağa göndərilir. Dünən təkcə Meissen şəhərindəki krematoriyada 700-cü şəxs yandırılıb. Hər gün 60 cəsədin yandırıldığı qeyd edilir.

Almaniyada krematoriyalar xüsusən nasistlərin toplama düşərgələrində məşhur olmuşdu. Roma dövründən bəri istifadə olunan krematoriyalar burada yenidən qurulub və qazla boğulan və ya müxtəlif yollarla öldürülən yəhudilərin cəsədləri orada yandırılıb. Dövrümüzdə isə yüksək riskli və ya yoluxucu xəstəlikləri olan meyitlər tez-tez krematoriyada yandırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678