Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyalı turisti zorlayan 22 yaşlı gənc saxlanılıb – VİDEO

122 Baxış

Türkiyənin Alanya şəhərində rusiyalı turisti zorlayan yerli vətəndaş saxlanılıb.

Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat verib.

Qeyd olunur ki, axşam saatlarında qaldığı hoteldən çıxaraq şəhərin mərkəzində yerləşən mağazalara getməyi planlaşdıran 34 yaşlı rusiyalı turist yolda bıçaqlı şəxs tərəfindən təhdid edilib.

Gənc oğlan bıçağı qadının boğazına dirəyərək ona qarşı seksual xarakterli zorakı hərəkətlər edib.

Daha sonra o, rusiyalı turistin telefonunu və çantasını əlindən alaraq avtomobillə hadisə yerindən uzaqlaşıb.

Lakin zərərçəkmiş avtomobilin nömrələrini yadında saxlayıb və şübhəli üç gün sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə 22 yaşlı Türkiyə vətəndaşı saxlanılıb, onun barəsində istintaq tədbirləri həyata keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678