Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun mutasiya olunmuş versiyası daha bir ölkədə

120 Baxış

Böyük Britaniyada aşkarlanan və 70 faiz daha yoluxucu olduğu bildirilən yeni koronavirus növü (VUI-202012/01) İsraildə ortaya çıxıb.

Bu barədə “Haber Global” məlumat yayır.

İsrail Səhiyyə naziri Yuli Edelstein bildirib ki, bir neçə dəqiqə əvvələ qədər nikbin idik, amma artıq deyilik:

“Bir neçə dəqiqə əvvəl laboratoriyalarımızdan bu məlumatlar gəldi. Mutasiyaya uğramış koronavirus İsraildə də üzə çıxdı”.

Qeyd edilir ki, üçü Britaniyadan gələn olmaqla dörd nəfərdə mutasiya olunmuş koronavirus aşkar olunub.

İsrail hökuməti yeni növ koronavirusa qarşı mübarizə çərçivəsində üçüncü dəfə karantin tətbiq edilməsinə qərar verib.

İki həftədən sonra COVID-19 epidemiyasında gündəlik yoluxma sayı mindən aşağı düşməsə, karantin müddətinin uzadılacağı bildirilib.

İsrail Səhiyyə Nazirliyinin məlumatlarına görə, əhalisi doqquz milyona yaxın ölkədə 384 mindən çox insan koronavirusa yoluxub, 3 141 nəfər ölüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678