Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa prezidenti koronavirusdan sağaldı

131 Baxış

Fransa prezidenti Emmanuel Makronda artıq koronavirusun simptomları yoxdur.

“RİA Novosti”nin məlumata görə, bu barədə Yelisey sarayından bildirilib.

Həmçinin onun yeddi günlük təcridinin də bitdiyi vurğulanıb.

Xatırladaq ki, Fransa prezidenti dekabrın 17-də koronavirusa yoluxmuşdu. O, Versal rezidensiyasında təcrid olunmuşdu və işləri distant rejimdə idarə edirdi.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678