Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da daha bir afroamerikalı polis tərəfindən səbəbsiz yerə öldürülüb – ANBAAN VİDEO

140 Baxış

ABŞ-da daha bir afroamerikalı polis tərəfindən səbəbsiz yerə öldürülüb. Hadisə Ohayo ştatının Kolumbus şəhərində baş verib.

Bu barədə CNN xəbər yayıb.

Məlumata görə, zabit Adam Koy avtomobilin mühərrikindən gələn səslərdən şikayət edən bir vətəndaşın çağırışı ilə yaşayış binasına gedib. Qarajın yaxınlığında hüquq mühafizəçi ona yaxınlaşan qaradərili kişi görüb. Bir neçə saniyə sonra polis afroamerikalıya atəş açıb.

Afroamerikalının bir əlində telefon olub. Digər əlindəkini isə polis görə bilməyib. Andre Moris Hill aldığı xəsarətdən ölüb. Daha sonra isə mərhumun qonşu evi ziyarət etdiyi müəyyənləşib.

Hadisənin başvermə anı qismən zabitin sinə kamerasında qeydə alınıb.

Koy hazırda xidmətdən uzaqlaşdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678