Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada terror planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb – VİDEO

303 Baxış

Rusiyanın Tambov şəhərində terror aktı planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.

RT-nin məlumatına görə RF Federal Təhlükəsizlik bürosu bununla bağlı kadrları yayımlayıb.

Yerli kolleclərin birinin tələbəsi olan yeniyetmə cinayətini “destruktiv submədəniyyət”lərin təsiri altında planlaşdırdığını bildirib.

Şübhəli əldəqayırma partlayıcı qurğudan istifadə etmək istəyib. O, partlayıcının hazırlanma qaydasını internetdən öyrənib. Yeniyetmənin mənzilində partlayıcı maddələr, komponentlər və təlimatlar tapılıb.

Faktla bağlı cinayət işi açılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678