Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Belarusun 12 illik gözləntisinə əcəl imkan vermədi

161 Baxış

Belarusun ABŞ-dakı səfiri Oleq Kravçenko 49 yaşında vəfat edib.

Bu barədə Belorus XİN rəhbərinin Mətbuat Xidməti xəbər yayıb.

Kravçenko cari ilin iyun ayında ABŞ-a səfir təyin edilmişdi. O, son 12 ildə Belarusun Vaşinqtonda ilk diplomatik təmsilçisi idi. Lakin hələ də, Vaşinqtona gedib çıxa bilməmişdi.

Qeyd edək ki, səfir Mixail Xvostovu Vaşinqtondan geri çağıran Minskin oxşar hərəkətinə cavab olaraq 2008-ci ilin martında ABŞ öz nümayəndəsi Karen Stüartı Belarusdan geri çağırmışdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678