Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kadırov Qroznıdakı silahlı hücumla əlaqədar açıqlama verdi

177 Baxış

Qroznının mərkəzində baş verən atışma nəticəsində iki terrorçu məhv edilib, bir nəfər polis əməkdaşı ölüb, daha bir nəfər hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz “Teleqram” kanalında məlumat yayıb.

R.Kadırov bildirib ki, mülki əhali arasında itki və xəsarət alan yoxdur.

44 yaşlı siyasətçi həmçinin qeyd edib ki, asayiş keşikçilərinə hücüm edən silahlıların şəxsiyyəti müəyyənləşdirilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678