Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniyaya gələn turistlərin sayında kəskin azalma

129 Baxış

Koronavirus pandemiyası nəticəsində İspaniyaya gələn xarici turist sayı bu il yarım əsrdə ən aşağı səviyyəyə düşə bilər.

Bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, 2020-ci ilin sonuna qədər İspaniyanı (bir il əvvəl 83 milyon turist) 20 milyondan az turistin ziyarət edəcəyi gözlənilir.

Bu il əcnəbilərin ümumi xərcləri 20 milyard avronu keçməyəcək, 2019-cu ildə isə bu rəqəm 92 milyard avroya çatıb.

Bildirilir ki, 1969-cu ildə İspaniyanı demək olar ki, 21,7 milyon, 1968-ci ildə – 19,2 milyon turist ziyarət edib. Ötən il turizm sektoru ölkənin ÜDM-nin 12 %-ni təmsil edirdisə, 2020-ci ildə bu, 4%-dən bir az çox olacaq.

Dekabr ayının əvvəlində Krallığın Milli Statistika İnstitutu bu ilin yanvar-oktyabr aylarında İspaniyaya gələn əcnəbilərin sayının 17,9 milyon olduğunu (keçən ilin eyni dövrünə nisbətən 76,1 % az) açıqlayıb. Bu ilin ilk on ayında İspaniyada turizm xərcləri 2019-cu illə müqayisədə 77,3% azalaraq 18,5 milyard avro təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678