Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İngiltərədə xəstəxanaya yerləşdirilən xəstələrin sayı durmadan artır

129 Baxış

İngiltərədə koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən xəstələrin sayı 20,4 minə çatıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir.

TASS xəbər verir ki, bunu Böyük Britaniyanın bu inzibati-siyasi hissəsinin Milli Səhiyyə Xidməti elan edib.

Əvvəlki pik hədd (xəstəxanalarda 18,9 min nəfər) ümumi Britaniya əhalisinin 83 faizinin yaşadığı İngiltərədə ümumi pandemiyanın ilk dalğasında, 12 aprel tarixində qeyd edilib.

Qeyd edilir ki, xəstəxanalarda yüklənmə riski olduğu üçün çox yüksək səviyyədə koronavirus infeksiyasının qeyd edilməsi narahatlıq doğurur. Ölkənin bir çox bölgəsində xəstəxanaya yerləşdirmə sayının getdikcə artdığı bildirilir.

Son yeddi gün ərzində ölkədə qeydə alınan xəstələrin sayı əvvəlki yeddi günə nisbətən 26 faiz artaraq, 19 dekabrdan bəri gündə 30 mindən aşağı düşməyib.

Krallıqdakı infeksiya sayı 2,32 milyonu keçib. Ümumilikdə 71,1 mindən çox insan ölüb, bu da Avropada İtaliyadan sonra ikinci böyük göstəricidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678