Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiyada koronavirusun Cənubi Afrika ştammına ilk yoluxma qeydə alınıb

138 Baxış

Yaponiyada koronavirusun Cənubi Afrika ştammına ilk yoluxma qeydə alınıb.

Bu barədə NHK xəbər yayıb.

Məlumata görə, Cənubi Afrikadan gələn 30 yaşlı qadının testində koronavirus aşkar edilib. Milli Yoluxucu Xəstəliklər İnstitutunda aparılan sonrakı araşdırmalar bunun koronavirusun Cənubi Afrikada yayılan mutasiya edilmiş virus olduğunu göstərib.

Bundan əlavə, daha altı nəfərə koronaivrusun Britaniya ştammı diaqnozu qoyulub.

Beləliklə, Yaponiyada ümumilikdə 15 nəfərdə koronaviruun yeni ştammı tapılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678