Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pekində 42 illik rekord yeniləndi

142 Baxış

Pekinin şimal-qərbindəki “Foyedin” meteostansiyası çərşənbə axşamında dekabr ayı üçün 1978-ci ildən bəri ən aşağı temperaturu qeydə alıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə şəhərin meteoroloji ofisindən məlumat verilib.

Müəyyən edildiyi kimi, havanın temperaturu -24.6 dərəcə olub.

“Foyedin” – Pekindəki ən yüksək (1224,7 metr yüksəklikdə) meteoroloji stansiyadır, onun ötürdüyü məlumatlar Çin paytaxtında qısamüddətli hava proqnozlarının formalaşmasında mühüm rol oynayır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678