Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İranda vurulan Ukraynaya məxsus təyyarə ilə bağlı istintaq bitib

136 Baxış

İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus təyyarə qəzası ilə əlaqədar istintaq tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə İran Yol və Şəhərsalma naziri Məhəmməd İslami bildirib.

“Fəlakətin nəticələrinin (istintaqının) yekunlaşdırılması başa çatdırıldı, yekun hesabat həm ingilis, həm də fars dilində çap olunub və əlaqəli olan bütün tərəflərə ötürülüb”, – deyə iranlı nazir bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Tehran Kiyevə İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus “Boeing 737-800” sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678