Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniya və Britaniya Cəbəllütariq üzrə razılığa gəlib

165 Baxış

İspaniya və Böyük Britaniya Cəbəllütariq sərhəd keçidi mövzusunda razılığa gəliblər.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya açıqlama verib.

İspaniyalı nazir bildirib ki, müqavilə Avropa İttifaqı proqramlarını Cəbəllütariqdə tətbiq etməyə, Şengen sazişi və tranzit yüklərinin daşınması ilə əlaqəli gömrük rejiminin tətbiqinə imkan verəcək.

“Biz maneələri aradan qaldırıraraq, ümumi firavanlıq zonası yaratmaq istəyirik”, – deyə Arança Qonzalez Laya bildirib.

Qeyd edək ki, Cəbəllütariq boğazı Böyük Britaniyaya məxsusdur və Birləşmiş Krallığın “Brexit”lə əlaqədar qərarından sonra bu ərazidə Avropa İttifaqı qanunlarının icrası sual altına düşmüşdü.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678