Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu

160 Baxış

Havay adalarında tərkibində mərcan riflərinə zərər verən maddələr olan günəşdən qoruyucu kremlərin satışı qadağan edilib.

TASS xəbər verir ki, müvafiq təşəbbüs yerli qanunvericilər tərəfindən 2018-ci ilin may ayında təsdiqlənib.

Yeni qanunla bu gündən Havay adaları tərkibində oksibenzon və oktinoksant kimyəvi maddələri olan günəşdən qoruyucu kremlərin satışını qadağan edən ilk ştat olub.

Qanunda bu cür məhsulların həkim resepti ilə satılmasına imkan verən yeganə istisna var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678