Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusun “Britaniya ştammı” yeni ölkələrə “ayaq açmaqda” davam edir

124 Baxış

Vyetnamda koronavirusun “Britaniya ştammı”na ilk yoluxma halı qeydə alınıb.

Bu barədə “VN Express” xəbər yayıb.

Məlumata görə, yeni ştamm dekabrın 22-də  Böyük Britaniyadan qayıdan Vyetnam sakinində aşkarlanıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

“Britaniya ştammı” 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678