Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avstriyada “Britaniya ştammı”na yoluxma halları qeydə alınıb

134 Baxış

Avstriyada koronavirusun yeni mutasiya etmiş növünə yoluxma halları qeydə alınıb.

Bu barədə yerli “Kleine Zeitung” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Vyanaya qayıdan dörd nəfərdə COVİD-19-un “Britaniya ştammı” aşkar edilib.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb.

Artıq Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678