Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Konqresmenlər Donald Trampla əlaqədar FTB-yə müraciət ediblər

128 Baxış

ABŞ-da Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı Fedral Təhqiqat Bürosuna (FTB) məktubla müraciət ediblər.

Bu barədə Demokrat konqresmen Ted Lyu öz “Twitter” səhifəsində məlumat yayıb.

Onlar Donald Trampın Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezidentə qarşı cinayət işinin açılmasını tələb edir.

Konqresmenlər iddia edirlər ki, Donald Tramp bir sıra rəsmi şəxsləri seçki cinayətlərinin törədilməsinə təhrik edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678