Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hindistanda kütləvi quş qripi yayıldı

131 Baxış

Son günlərdə Hindistanın müxtəlif bölgələrində bir neçə min quş ölüb. Onların kütləvi ölümünə quş qripinin yayılması səbəb olub.

NDTV-nin məlumata görə, bu xəstəliyin virusu artıq ən azı dörd ştatda təsdiqlənib, bir sıra digər əyalətlərdə quşların ölüm səbəbləri müəyyənləşdirilir.

Ponq-Dam gölündə 1700 quşun ölümündən sonra insanların və ya mal-qaranın gölə bir km-dən daha yaxın gəlməməsi tələb edilib. Ev quşları da daxil olmaqla quşların və göldə tutulan balıqların satışı qadağan olunub.

Ölü quş nümunələri test edilib və onlarda H5N8 quş qripi virusunun olduğu müəyyənləşdirilib.

Bütün bölgələrdə yerli hakimiyyət orqanlarına quşların qəfil ölməsi hallarını dərhal bildirmək tapşırılıb, vəziyyəti izləmək üçün qruplar yaradılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678