Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kapitoli iğtişaşları polislərin köməyi ilə baş verib – VİDEO

142 Baxış

Etirazçılar Kapitoli binasına həmin binanı qoruyan və qiyamçılara kömək edən polislərin sayəsində girə biliblər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Ohayo ştatından demokrat konqresmen Tim Rayan bəyan edib.

Onun sözlərinə görə, hadisə yerindən çəkilən bəzi videolarda polislərin etirazçılar qarşısındakı sədləri necə açdığı və onlarla selfi çəkdiyi görünür.

Konqresmen bu davranışı qəbuledilməz adlandırıb. O hesab edir ki, etirazçıların əksəriyyəti ağ olmasaydı, hüquq mühafizə orqanlarının əməkdaşları fərqli davranacaqdılar.

Siyasətçi bütün videoların toplanacağı, təhlil ediləcəyi və bəzi nəticələr çıxarılacağını vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678