Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

92 yaşlı tanınmış siyasətçi gizli nikah mərasimi keçirib

138 Baxış

Tanınmış fransalı siyasətçi, “Milli cəbhə” partiyasının əsasını qoyan Jan Mari Le Pen gizli şəkildə evlənib.

Katolik kilsəsinin tələblərinə uyğun keçirilən nikah mərasimi siyasətçinin O-de-Sen departamentinin Ruey Malmezon komunnasındakı evində baş tutub.

Le Pen mərasimə yaxın qohumlarından heç kimi dəvət etməyib. Bacısı və qızları jurnalistlərin sayəsində hadisədən xəbər tutublar.

Le Penin həyat yoldaşının protestant olmasına baxmayaraq, nikah mərasimini katolik keşiş Filip Laqeri keçirib.   

Qeyd edək ki, fransalı siyasətçi həyat yoldaşı Jani ilə 1991-ci ildən etibarən vətəndaş nikahında yaşayır. Le-Penin 92, həyat yoldaşının isə 88 yaşı var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678