Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib – VİDEO

361 Baxış

“SOCAR Blago” Xeyriyyə Fondu Ukraynanın Solomiya Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrının qarşısındakı meydanın yenidən qurulmasını başa çatıb.

SOCAR Enerji Ukraynanın rəsmi saytından verilən məlumata əsasən, meydan və fəvvarə şirkətin Lvov sakinlərinə və şəhərin qonaqlarına hədiyyəsi olub.

Opera və Balet Teatrının qarşısındakı 10 il bundan əvvəl qurulmuş köhnə fəvvarə demontaj edilib, yeni texnologiyalara əsaslanan fəvvarə layihəsi hazırlanaraq həyata keçirilib. 

Layihənin əsas məqsədi Opera teatrının baş fasadının memarlıq xüsusiyyətlərini nəzərə almaqla meydanı müasir və maraqlı bir yerə çevriməkdən ibarət idi. Meydan Opera teatrına tərəf uzanmış skripka formasını alıb. Layihənin daha bir xüsusiyyəti ondan ibarətdir ki, fəvvarənin şırnaqları Ukrayna və Azərbaycan bəstəkarlarının məşhur simfonik əsərlərinin musiqisi ilə eyni taktda axır.

Günün qaranlıq vaxtlarında fəvvarə LED lampaları ilə işıqlandırılır ki, bu da yaratdığı effektlə yanaşı, həm də şəhər üçün iqtisadi cəhətdən sərfəlidir. Layihənin büdcəsi təxminən 2 milyon ABŞ dolları dəyərində olub.

Soyuqlar düşəndə fəvvarə söndürüləcək və şəhər tədbirlərinin keçirilməsində istifadə oluna biləcək piyada zonasına çevriləcək. Fəvvarənin rəsmi açılışı 2021-ci ilin baharına planlaşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678