Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada COVID pasportlarının yaradılması barədə düşünülür

126 Baxış

Rusiyada COVID pasportlarının yaradılması barədə düşünülür.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF Dövlət Dumasının sağlamlığı qoruma komitəsinin rəhbəri Dmitri Morozovun dediklərindən aydın olub.

“İndi mövzu qaldırılır, məsələn, COVID pasportları. Bu, çox vacib və zəruri bir məsələdir. Ancaq bu cür məlumatları kimin və necə istifadə etməli olduğu anlaşılmalıdır”, – deyə Morozov vurğulayıb.

O, əlavə edib ki, bu məlumatlar həkimlər, tibb işçiləri, həmçinin Sanitariya və Epidemiologiya Xidməti üçün lazımdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678