Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pentaqonun gələcək rəhbəri: “Rusiya və Çin maraqlarımıza ciddi təhlükə yaradır”

268 Baxış

“Rusiya və Çin ABŞ-ın kosmosdakı maraqlarına ciddi təhlükə yaradır”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Pentaqon rəhbərliyinə namizəd Lloyd Ostin deyib.

O qeyd edib ki, kosmos böyük güclərin rəqabət meydanıdır.

“Çin və Rusiyanın kosmosda fəaliyyəti ABŞ-ın təhlükəsizlik sahəsində milli maraqları üçün ciddi və artan təhlükə təşkil edir”, – L.Ostin ABŞ Senatında dinləmələr zamanı bildirib.

General həmçinin Rusiyanı ABŞ-ın kosmosdakı əsas rəqibi adlandırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678