Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arnold Şvartseneger peyvənd olundu: “Əgər yaşamaq istəyirsənsə, mənimlə gəl” – VİDEO

296 Baxış

Məşhur aktyor Arnold Şvartseneger Los-Ancelesdə koronavirusa qarşı peyvənd olunub.

Bu barədə Hollivud ulduzu “Twitter” hesabında yazıb.

73 yaşlı aktyor peyvənd məntəqəsinə çevrilmiş “Dodcers” stadionunda vaksinasiya olunub.

“Növbədə durmaqdan heç vaxt bu qədər şad olmamışdım. Əgər mümkündürsə, mənə qoşulun və vaksinasiya üçün qeydiyyata durun. Əgər yaşamaq istəyirsənsə, mənimlə gəl!”, – deyə A.Şvartseneger bildirib.

Today was a good day. I have never been happier to wait in a line. If you’re eligible, join me and sign up to get your vaccine. Come with me if you want to live! pic.twitter.com/xJi86qQNcm

— Arnold (@Schwarzenegger) January 20, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678