Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanın baş virusoloqu ölkədən qaçdı

126 Baxış

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan gözlənilmədən Ermənistanı tərk edib.

Bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, L.Torosyan Polşaya birdəfəlik yaşamağa köçüb.

Belə ki, L.Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, bir daha Ermənistana qayıtmayacaq.

Digər mənbələr isə iddia edir ki, L.Torosyanın rəhbərlik etdiyi mərkəzdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb və o, məhz bu səbəbdən Ermənistandan qaçıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678