Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nigeriyada partlayış nəticəsində 30 nəfər həlak olub – VİDEO

126 Baxış

Nigeriyada qaz daşıyan avtomobil partlayıb.

Bu barədə “Rossiya 24” telekanalı məlumat verib. Hadisə nəticəsində ən azı 30 nəfərin həlak olduğu bildirilir.

Partlayış həmçinin çox sayda insanın xəsarət alması ilə nəticələnib. Onlardan 17-si müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisənin baş verdiyi ərazidə 10-dan çox yaşayış evinə zərər dəyib.

İlkin məlumata görə, avtomobilin qaz şlanqından baş verən sızma partlayışa səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678