Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Olimpiya Oyunlarına Tokio əvəzinə Florida ev sahibliyi etmək istəyir

129 Baxış

ABŞ-ın Florida ştatının Maliyyə İdarəsinin rəhbəri Cimmi Patronis Beynəlxalq Olimpiya Komitəsinə Olimpiya Oyunlarının Yaponiyada deyil, ABŞ-da keçirilməsi imkanını nəzərdən keçirməyi təklif edib.

Bu barədə ABŞ mətbuatı yazıb.

“Mən sizə 2021-ci il Olimpiya Oyunlarının Yaponiyanın Tokio şəhərindən ABŞ-a, daha dəqiq Floridaya köçürülməsinə çağırış etmək üçün yazıram”, – deyə C.Patronisin BOK rəhbəri Tomas Baxa məktubunda bildirilib.

C.Patronis qeyd edib ki, Florida bu cür böyük tədbiri keçirmək üçün imkanlara – inkişaf etmiş nəqliyyat sistemi və idman mərkəzlərinə sahibdir.

O, həmçinin hətta pandemiya dövründə belə ştat ərazisində idman tədbirlərinin keçirilməsinə icazə verildiyini vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678