Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İspaniyada silsilə zəlzələlər baş verdi

295 Baxış

İspaniyada bir birinin ardınca bir neçə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeydə alınmış zəlzələlər dörd bal və daha güclü olub. Zəlzələ episentrlərindən biri Qranada şəhərindən 11 kilometr məsafədə olub.

“Bu gün axşam zəlzələlər yenidən Qranadanı silkələdi. İndi sakitliyi qorumaq lazımdır. İnanaq ki, hər şey tezliklə normal vəziyyətə qayıdacaq”, – deyə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

Zəlzələlər nəticəsində dağıntılar və insan itkisi barədə məlumat yoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678