Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiya baş katibi: “Olimpiya Oyunlarının təşkili zamanı digər dövlətlərin dəstəyinə ümid edirik”

122 Baxış

“Yaponiya Yay Olimpiya Oyunlarının təşkili zamanı digər dövlətlərin, o cümlədən ABŞ-ın dəstəyinə ümid edir”.

TASS-ın məlumatına görə, bu sözləri Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato deyib.

“Hazırda Olimpiya Oyunlarının keçirilməsinə köklənmişik və buna hazırlıq gedir. Yaponiya hökuməti bunu istənilən şəkildə təbliğ etmək niyyətindədir, bu bizim əsas mövqeyimizdir. Buna baxmayaraq, təşkilati baxımdan ABŞ və digər ölkələrin, hökumətlərinin və digər maraqlı tərəflərin dəstəyinə ehtiyacımız var”, – deyə K.Kato bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678