Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan vətəndaşları dövlətin koronovirus siyasətini necə qiymətləndirir? – Beynəlxalq sorğu

151 Baxış

Azərbaycan vətəndaşları hökumətin COVID-19-a qarşı həyata keçirdiyi mübarizə tədbirlərindən razı olduğunu ifadə edib.

“RİA Novosti” agentliyi bu barədə nüfuzlu “Gallup İnternational”ın (Müstəqil Tədqiqat Agentliklərinin Beynəlxalq Assosiasiyası) apardığı araşdırmaya əsasən xəbər yayıb.

Noyabr-dekabr aylarında “Gallup İnternational” müxtəlif ölkələrdən olan insanların 2021-ci il üçün gözləntiləri barədə sorğu keçirib.

Layihə çərçivəsində 47 ölkədə 44 mindən çox insanın fikri öyrənilib. Xüsusilə, respondentlərdən koronavirusla mübarizədə hökumətin fəaliyyəti ilə bağlı fikirləri öyrənilib.

Ümumilikdə dünya əhalisinin 54 faizi vətəndaşı olduğu dövlətin koronavirus pandemiyası ilə uğurla mübarizə apardığına inanır, 42 faiz bu fikirləri bölüşmür.

“Hökumətin pandemiyaya qarşı apardığı mübarizə ilə Vyetnam (100 faiz), Koreya (89 faiz), Hindistan və Azərbaycan (hər biri 86 faiz) sakinləri razıdır”, –  “Gallup İnternational”ın tədqiqatda qeyd olunur.

Sorğuda hökumətin gördüyü tədbirlərdən ən çox narazı qalan Ukrayna (77 faiz), Bosniya və Herseqovina (75 faiz) və ABŞ (67 faiz) sakinləri olduğu məlum olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678