Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST: 75% ölümcül virus yeni pandemiyaya səbəb ola bilər

133 Baxış

Ümumdünya Səhiyyə Təşkilatı “Nipah” (NiV) adlı yeni virusun dünyada növbəti pandemiyaya səbə ola biləcəyi barədə xəbərdarlıq edib.

“The Guardian” nəşrinin məlumatına görə yeni virusdan ölüm ehtimalı 40-75% arasında dəyişir. İnfeksiya çox sürətlə yayılır.

NiV virusu ilk dəfə 1999-cu ildə Malayziyada aşkar olunub. Donuzçu fermerlər arasında rast gəlinən bu xəstəlik artıq 12 dəfə Cənubi Asiyada lokal epidemiyaya səbəb olub.

Xəstəlik əlamətsiz keçir. Onun müalicəsi isə hələlik mümkün deyil. Virus xəstə heyvanlardan, yaxud da onların toxunduğu meyvələrdən insana ötürülür.

Odur ki, ÜST ekspertləri meyvələri daha diqqətlə yumağı məsləhət görürlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678