Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Slovakiyada küçəyə çıxanlardan koronavirus testi tələb olunur

130 Baxış

Slovakiyada vətəndaşlar evdən çıxmaq üçün mənfi nəticəli koronavirus testi təqdim etmək məcburiyyətindədirlər.

İHA xəbər verir ki, test tələbi bazara, həkimə və aptekə gedənlərə aid deyil.

Bu qayda işə gedən və ya gəzmək üçün evdən çıxan şəxslərə şamil edilir.

243 427 yoluxmanın aşkar edildiyi və bu günə qədər xəstəlikdən 4 411 nəfərin öldüyü ölkənin Baş naziri İqor Matoviç koronavirusla mübarizədə bütün vətəndaşların testdən keçirilməsinin yeganə təsirli üsul olduğunu bildirib.

Hökumət koronavirus altında tətbiq etdiyi tədbirləri daha da sərtləşdirməyə qərar verib.

Ölkədəki epidemiya ilə bağlı vəziyyətin hələ də narahatlıq verici olduğunu bildirən Slovakiya Səhiyyə naziri Marek Krajci deyib ki, təxminən beş milyon yarım əhalisi olan ölkədə hər gün təxminən 100 insanın ölür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678