Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Koronavirusa qarşı “Novavax” peyvəndi Britaniyada uğurlu olub

127 Baxış

ABŞ şirkəti “Novavax Inc.” tərəfindən koronavirusa qarşı hazırlanmış “NVX-CoV2373” vaksini Böyük Britaniyadakı klinik sınaqların üçüncü mərhələsində 89.3 faizlik təsir göstərib.

“İnterfaks” xəbər verir ki, peyvənd həm də xüsusi COVID-19 ştammının yayıldığı Cənubi Afrikada sınaqların ikinci mərhələsində 49.4 faiz təsirli olub.

HİV-ə yoluxmayan şəxslər arasında effektivliyin təxminən 60 faizə çatdığı qeyd edilir.

“Novavax” Britaniya, ABŞ, Meksika və Cənubi Afrikada sınaqdan keçirilir.

Peyvənd 2-8 dərəcə temperaturda saxlanıla bilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678