Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransada “Amazon” şirkətinə qarşı etiraz aksiyası keçirilib

124 Baxış

Fransanın Furne kommunasında əhali ABŞ-ın “Amazon” şirkəti tərəfindən anbar inşa edilməsinə etiraz olaraq aksiya keçirib.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, “Amazon” şirkəti UNESCO-nun Dünya İrsi Siyahısına daxil etdiyi Pon Dü Qar körpüsünün yaxınlığında 38 min kvadrat metrlik anbar inşa etməyi planlaşdırır.

Etirazçılar isə bunu ətraf mühitə mənfi təsir etdiyini və kiçik mağazaların bağlanmasına səbəb olduğunu düşünürlər.

Xəbərdə həmçinin qeyd olunur ki, oxşar aksiyaların Fransanın digər şəhərlərində keçirilməsi də gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678