Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Emmanuel Makron: "Yarıhamilə olmaq qeyri-mümkündür"

128 Baxış

Böyük Britaniya eyni zamanda həm ABŞ, həm də Avropa İttifaqının ən yaxşı müttəfiqi ola bilməz.

“The Guardian” məlumat verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib. O, krallığı xarici siyasət prioritetlərini müəyyən etməyə çağırıb.

“Əgər rəsmi London ABŞ-ın xeyrinə qərar qəbul etsə, o zaman Aİ ilə ticarət sahəsində qaydalar dəyişəcək. Yarıhamilə olmaq qeyri-mümkündür. Şəxsən mən ümumi ambisiyalar, ümumi taleyin tərəfdarıyam. Ümid edirəm ki, Boris Conson da, britaniyalılar da bu yolu görürlər. Biz müttəfiq olaraq qalırıq. Tarix və coğrafiya dəyişmir. Ona görə də, düşünürəm ki, Britaniya xalqının taleyi də, bizim taleyimizdən fərqlənmir”, – deyə Fransa prezidenti bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678