Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ konqresmeni peyvənddən sonra koronavirusa yoluxub

116 Baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiven Linç koronavirusa qarşı peyvənd olunduqdan sonra virusa yoluxub.

Bu barədə CNN telekanalı məlumat yayıb. Məlumatda konqresmenin “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsalı olan vaksini vurdurduğu bildirilib.

Deputatın nümayəndəsi Linçə ikinci doza peyvəndin Baydenin inauqurasiya mərasimindən əvvəl vurulduğunu qeyd edib. Lakin buna baxmayaraq, siyasətçinin verdiyi testin cavabı müsbət çıxıb.

Hazırda konqresmendə heç bir koronavirus əlaməti müşahidə olunmasa da, Linç karantin qaydalarına riayət edərək evdə qalmağı və məsafədən işləməyi üstün tutur.

Qeyd edək ki, bir qədər əvvəl Stiven Linçin komandasından bir nəfərdə də koronavirus aşkarlanıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678