Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Suriyada növbəti terror aktları: 10 ölü, 24 yaralı – FOTO/VİDEO

136 Baxış

Suriyanın şimalındakı Azez və Bab şəhərlərində terör hücumları baş verib.

“Anadolu” agentliyi xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Əvvəlcə Azezin şəhər mərkəzi, Suriya Müvəqqəti Höküməti binası ve Azez Mədəniyyət Mərkəzinin yanında avtomobilə yerləşdirilmiş bomba partladılıb.

Partlama nəticəsində 4 nəfər vəfat edib, 20 nəfər xəsarət alıb.

Bir qədər sonra isə Bab şəhərinin 5 kilometr şərqində yer alan Zərzur bölgəsindəki avtomobil yoxlanış məntəqəsində də partlayış meydana gəlib.

Partlayış 6 nəfərin ölümünə, 4 nəfərin isə yaralanmasına səbəb olub.

Ölü və yaralı sayısının artması gözlənilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678