Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur müğənni evinin damından yıxılaraq öldü

192 Baxış

Britaniyalı müğənni Sofi Kseon Yunanıstanda vəfat edib.

“Pitchfolk” nəşri 35 yaşlı ifaçının bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini bildirib.

Belə ki, Sofi bədirlənmiş aya baxmaq üçün pilləkənlərlə yuxarı çıxmaq istəyib. Bu zaman müğənni sürüşərək yıxılıb və yerindəcə ölüb.  

Qeyd edək ki, Sofi Kseon 1986-cı ildə Şotlandiyada doğulub. O, sintez olunmuş hiperkinetik əsərləri – “Bipp” (2013) və “Limonad” (2014) sayəsində tanınıb.

Müğənninin 2018-ci ildə işıq üzü görmüş “Oil of Every Pearl’s Un-Insides” solo albomu isə “Qremmi” mükafatına namizəd olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678