Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə dünyanın ilk 4-cü nəsil sürücüsüz avtobusu test edildi – VİDEO

162 Baxış

Türkiyədə dünyanın ilk elektrikli seriyalı istehsalı, 4-cü nəsil sürücüsüz avtobusu “Atak Electric” sınaqdan keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da mərasimdə iştirak edib.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının “Twitter” hesabında video yerləşdirilib.

Avtobusun sınağında iştirak edən Ərdoğan bildirib ki, həm piyadalara qarşı ehtiyatlı hərəkət edən, həm də yol hərəkət qaydalarına riayət edən belə vasitəyə sahib olmaq qürurvericidir:

“Seriyalı istehsal ilə birlikdə artıq dizel, benzin də ortadan qalxır. Artıq getdikcə hər şey elektriklə hərəkət edəcək”.

Ərdoğan deyib ki, bu yenilik həm də iqlim dəyişikliyinin ən çox müzakirə olunduğu bir zamanda təmiz nəqliyyat sistemi yaradacaq:

“İqlim dəyişikliyini müzakirə edərkən bizə deyirlər ki, niyə bir addım atmırsan? Cavabında mən onlara deyirəm, Amerika bir addım atsın, biz də atacağıq. Bizim də güclü sənayeyə sahib olmamız üçün bəzi qabaqcıl ölkələrin addım atmaları lazımdır. İlon Muskla görüşümdə bu məsələləri onunla da müzakirə etməyə açıq olduğumuzu dedim”.

O, türkiyəli mühəndisləri bu uğurları münasibətlə təbrik edib və onlara müvəfəqiyyət arzulayıb.

Cumhurbaşkanı Erdoğan, dünyanın ilk elektrikli seri üretim ve sürücüsüz otobüsünün tanıtım programına katılıyor https://t.co/bG83ZUQISd

— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 1, 2021


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678