Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Moderna”dan koronavirus peyvəndi barədə təklif

136 Baxış

Koronavirus peyvəndi istehsal edən ABŞ dərman şirkəti “Moderna” hər şüşədəki dərmanın miqdarını yarım dəfə artırmağı təklif edir.

CNBC xəbər verir ki, şirkətin prezidenti Stefen Hoaq bu barədə açıqlama verib.

Onun sözlərinə görə, hazırda peyvənd istehsalı şüşə başına düşən peyvənd dozalarının məhdudlaşdırılması səbəbindən yavaşlayır.

“Şirkət gündə bir milyon doza istehsalına yaxınlaşdıqda, istehsaldakı çatışmazlığı aradan qaldırmaq üçün şüşələrə daha çox dərman əlavə olunmasını – indiki 10 doza əvəzinə 15 dozaya qədər artırılmasını təklif edirik”, – deyə “Moderna”nın prezidenti bildirib.

O deyib ki, bu təşəbbüsün ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbərliyi tərəfindən razılaşdırılması tələb edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678