Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxlar koronavirusa görə təbəqələrə bölünəcək

144 Baxış

Qazaxlar epidemiya təhlükəsi səviyyəsinə görə qruplara bölünəcəklər.

Bu barədə TASS Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Respublika hökuməti insanın epidemiya təhlükəsizliyini təyin edən rəng statusu almasına imkan verəcək xüsusi bir tətbiqetmə hazırlayıb. Tətbiqdə qazaxlar QR kodlar ilə təmin olunacaqlar və onlar bunun vasitəsi ilə ticarət və xidmət obyektələrinə gedə biləcəklər.

İstifadəçilər “qırmızı” (koronavirusu təsdiqlənmiş şəxs, hərəkəti tam məhdudlaşdırılan), “sarı” (virus daşıyıcısı ilə kontaktda olduğu üçün hərəkəti qismən məhdudlaşan) və “mavi” (PZR testi tələb olunan yerlərdən başqa hər yerə sərbəst giriş) statusları alacaqlar.

Bundan əlavə “yaşıl” status da var ki, bu, koronavirusdan mənfi test cavabının olduğunu bildirir. Həmin şəxslər üçün hər yerə giriş sərbəstdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678