Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir

144 Baxış

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tbilisiyə birbaşa uçuşları bərpa edir.

Bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd olunur.

“İstanbul – Tbilisi – İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.

Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tbilisidən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.

Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678