Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edilib

136 Baxış

Moskvanın Simonovski məhkəməsi, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin tələbi ilə Moskva Şəhər Məhkəməsində keçirilən iclas zamanı, “İv Roşe” işi üzrə Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında qərar qəbul edib.

“Məhkəmə Cəzaların İcrası Federal Xidmətinin Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında vəsatətinin təmin olunmasına qərar verdi. Hökmün qanuni qüvvəyə minməsinədək onun hərəkətinin məhdudlaşdırılması üçün həbs qətimkan tədbiri təyin olunsun”, – deyə hakim Natalya Repnikova məhkəmənin qərarını oxuyub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678