Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünya İqtisadi Forumu təxirə salındı

141 Baxış

Sinqapur hökuməti may ayında ölkədə keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun təxirə salındığını bəyan edib.

TASS xəbər verir ki, tədbir 17-20 avqustda təşkil olunacaq.

“Tədbirin təşkilatçıları forumun təxirə salınması ilə bağlı Sinqapur hökumətinə müraciət ediblər. Bu qərar ölkədə və dünyada koronavirusla bağlı vəziyyətin hələ də normallaşmadığı üçün verilib”, – deyə Sinqapur Ticarət və Sənaye Nazirliyinin bəyanatında qeyd olunub.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun əvvəlcə 13-16, sonra isə 25-28 mayda keçiriləcəyi bildirilirdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678