Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

95 yaşlı amerikalı qocalar evinin əməkdaşına atəş açıb

128 Baxış

ABŞ-da qocalar evində görünməmiş hadisə baş verib.

“Lenta” “Denver Channel” telekanalına istinadən xəbər verir ki, müəssisənin sakinlərindən olan 95 yaşlı qoca əməkdaşlardan birinə odlu silahdan atış açıb.

Hadisə bugün səhər saatlarında Kolorado ştatının mərkəzi olan Denverdən 35 km. aralıda yerləşən Lafayet şəhərində baş verib.

Asayiş pozucusu kiçik tapancadan istifadə edib və yalnız bir dəfə atəş açıb. Onun aqressiv davranışının səbəbləri isə hələlik məlum deyil.

Qocalar evinin əməkdaşına gəlincə, onun ağır yaralandığı və kritik vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678