Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Moskvada avtomobil piyada zolağında iki uşağı vurdu – VİDEO

138 Baxış

Moskvanın Cənub-Qərbində iki azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“RenTV” günorta saatlarında paytaxt küçələrinin birində qeydə alınmış hadisənin görüntülərini yayıb.

Kadrlarda iki uşağın piyada zolağı ilə yolu keçməsi əks olunur. Bu zaman sürətlə hərəkət edən minik avtomobili onları vurur. Zərbənin gücü azyaşlıları bir neçə metr aralıya atır.

Küçə dirəyində quraşdırılmış videomüşahidə kamerası vasitəsilə qeydə alınan kadrlarda avtomobilin piyada zolağı qarşısında sürəti azaltmaması və yolu keçən uşaqlara yol verməməsi açıq-aydın görünür.  

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678